“Rolls-Royce” Azərbaycanda da rüşvət veribmiş

Araşdırmalar nəhəng Britaniya şirkəti «Rolls-Royce»un bəzi ölkələrdə rüşvətə əl atdığını, mühüm müqavilələri imzalatmağa məhz bu yolla nail olduğunu üzə çıxarıb. «The Guardian» və BBC-nin birgə əldə etdiyi məlumata görə, qarşı tərəflərə rüşvəti «Rolls-Royce»un həmin ölkələrdə işə götürdüyü vasitəçilər təklif edirmiş. Adıçəkilən 12 ölkə arasında Azərbaycanın da adı var.
ABŞ və Britaniyanın korrupsiya əleyhinə agentlikləri şirkətlə bağlı geniş tədqiqata başlayıblar.
SFO-nun əldə etdiyi bilgiyə görə, «Rolls-Royce» İraq, İran, Qazaxıstan, Anqola, eləcə də Azərbaycanda müqavilələri imzalatmaqdan ötrü «Unaoil» şirkətinə pul ödəyib. «Unaoil» isə müqavilələri əldə etmək üçün həmin ölkələrə rüşvət verməkdə, üstəlik, çirkli pulların yuyulmasında şübhəli bilinir. SFO «Unaoil»a cinayət işi açıb.