SQ-da keçirilən təlimlərdə rəqibi məhv etmək üçün yeni metodlar nümayiş etdirilib

Oktyabırın 26-28-də ER Müdafiə Nazirliyinin “Bağramyan” poliqonunda 3-cu Ordu Korpusunun tərkibindəki hərbi hissələrindən birinin taborları nümayiş taktiki təlimləri keçiriblər. Təlimlərdə şərti düşməni məhv etmək üçün yeni metodlar tədbiq olunub.
Bu haqda Razm.info MN-ə istinadən məlumat verir.
Məşqlər ərzində ağır hərbi döyüş texnikasından və artileriya qurğularında döyüş atəşlər açılıb. Təlimlərdə bir sıra yeniliklər tədbiq olunub.
Hərbi təlimləri ER Silahlı Qüvvələrinin Döyüş Hazırlığı üzrə Baş İdarəsinin rəisi, general-mayor Tiran Xaçatrayn, ordu korpusunun komandanlığı və müvafiq biləşmələrin komandirləri müşaiət elədilər.
Təmimlərin planına əsasən, birləşmələr qarşıda qoyulan tapşırıqları yerinə yetirərək, şərti düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdilər.
Nümayiş təlimlərinin nəticələrini yekunlaşdıraraq komanda heyəti fərqlənən hərbçiləri təltif etdi.