İctimaiyyət

Ərdoğan “mətbuatın düşməni” elan edildi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın adı ilk dəfə “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı ənənəvi “Mətbuat yırtıcıları” siyahısına daxil edildi. Təşkilatın Almaniya nümayəndəsi Kristian Mihr bildirib ki, Ərdoğanın siyahıya alınmasının səbəbi son zamanlarda bir sıra mətbuat orqanlarının bağlanılması və jurnalistlərin həbs olunmasıdır. Bundan cavabdeh isə Ərdoğandır.

Təşkilatın məlumatına görə, hazırda Türkiyədə 130 jurnalist həbsdəsir, 140 mətbu orqanı isə bağlatdırılıb. Mihr vurğuladı ki, KİV-lərin bağlanması hələ 15 iyul çevriliş cəhdindən əvvəl başlanmışdı. O, əminliklə qeyd etdi ki, bunun səbəbi elə 2015-ci ildə Türkiyədə keçirilmiş Ərdoğan üçün uğursuz parlament seçkiləri idi. Almaniya nümayəndəsi qeyd etd ki, mərbuata təzyiqi Ərdoğan jurnalistləri həbs edərək və mətbuat orqanları bağlatdıraraq həyata keçirir.

Türk “Cumhuriyet” qəzetinin bağlanmasına toxunaraq, “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının Almaniya nümayəndəsi vurğuladı ki, bu, “müstəqil qalan yeqənə mətbu qalasına hücüm idi”

Fransada yerləşən “Sərhədsiz reportyorlar”ın açıqladığı siyahıya 35 dövlət başçısı, siyasətçi, terror təşkilatlarının rəhbərlərinin adları daxildir. İlhəm Əliyev də bu siyahıda ənənəvi olaraq yer alıb.

 

Daha çox göstər
Back to top button