Siyasət

Anjey Kaspşik ümid edir ki, təmas xəttindəki gərginliyin azalmasında irəliləyiş ola bilər

ER müdafiə naziri Vigen Sargısyan noyabrın 1-də ER Müdafiə Nazirliyinin inzibati  kompleksində ATƏT-in  fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumatlara görə, görüş zamanı ER Müdafiə naziri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətini təqdim etdi. O qeyd etdi ki, son həftələrdə Azərbaycan təmas xəttində müxtəlif çaplı silahlardan istifadə etməklə atəş açır və beləliklə gərginlik yaradır. Ermənistan Silahlı Qüvvələri isə,  təxribatlara yalnız lazımi anda cavab verir.

Səfir Kaspşik qeyd etdi ki, ATƏT şəxsi nümayəndəsinin ofisi təmas xəttində gərginliyin azalması üçün çalışır və ümid edir ki, bu istiqamətdə irəliləyiş ola bilər.

Daha çox göstər
Back to top button