Azərbaycan DİN-i vəkili hədələyib

Noyabrın 2-də vəkil Elçin Sadfıqov “Bandotdel” kimi tanınan DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində hədələnib.
Bu barədə Meydan TV-yə açıqlama verən vəkil Elçin Sadıqov bildirib ki, səhər idarədən jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə sənədlərini götürəndə iş aparan müstəntiq Nəzarət Buraxılış Məntəqəsində ona hədə-qorxu gəlib: “Mənə dedi ki, Fikrət Fərəməzoğlunun həyat yoldaşı ilə sənin idarənin əməkdaşları barədə məlumat yaymağınız sizə baha başa gələcək. Mən cavab verdim ki, biz hüquüq çərçivəsində müdafiə işlərini həyata keçiririk. Sonradan mənim və Fərəməzoğlunun həyat yoldaşı barədə şantaj dolu məlumat yayıldı. Xəbər tanınmayan reytinq.info saytında yayılıb. “Facebook”-da həmin məlumatın yalan və şantaj olduğunu bildirdikdən sonraadıma bir neçə saxta profil açıldı və dostlara yenidən dostluqlar göndərildi”.
“Vəkilin konstitusion fəaliyyətinə görə təqib olunması demokratiyanın, ədalət mühakiməsinin təməl prinsiplərinə ziddir. Ümid edirəm ki, hökumət bu qanunsuz təqiblər son qoyacaq”.
“Reytinq” qəzetinin saytına (reytinqinfo.az) hakerlər tərəfindən təxribat törədilib. Hakerlər, hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə bağlı adəçəkilən sayta təhqiramiz yazı yerləşdiriblər.
Bu barədə mia.az-a açıqlama verən “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli deyib ki, həmin təxribatçı yazı səhər saatlarında başqaları tərəfindən sayta yerləşdirilib və facebookda paylaşılıb.
A.Mirzəbəyli onu da əlavə edib, yazı dərhal saytdan silinib. Onun sözlərinə görə