BaşlıcaSiyasət

Azərbaycan prezidenti yenə “mətbuatın düşməni” elan edildi

“Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı ənənəvi “Mətbuat yırtıcıları” siyahısını açıqlayıb. Siyahıya 35 dövlət başçısı və siyasətçinin adları daxildir. Onlar jurnalistlərin və digər mətbuat işçilərinin qətlinə, oğurlanmasına, təqib edilməsinə, işgəncələrə məruz qalmasına aidiyyəti olan şəxslərdir. Siyahıda Azərbaycan prezidenti İlham Əliyev də yer alıb.

Məlumata görə, İlham Əliyev 2003-cü ildə “mətbuatın düşməni” elan edilmişdi. O zamanı Əliyəv atasını Heydər Əliyevin yerinə yeni keçmişdi. Qeyd olunur ki, İlham Əliyev “diktator” kimi hesab edilir.

2014-cü ildən bəri prezident İlham Əliyev plüralizmin bütün formalarını məhv edərək müstəqil qalan tənqidçilərə qarşı savaşa başladı. Təhlükəsizlik orqanları jurnalistləri yatırmaq üçün hər şey edirlər. Onlar ev videolarından və qaralama kampaniyalarından bələ istiafdə edirlər. Əgər müstəqil jurnalistlər və bloqerlər bütün bunlara, şantaj və rüşvət cəhdlərinə müqavimət göstərirlərsə, həbs olunurlar.

Qeyd edilir ki, Azərbaycan hakimiyyəti ya mütəqil KİV-ləri (məsələn “Azadlıq”, “Zerkalo”) iqtisadi resurslarınndan məhrum edilir, ya da redaksiyalarını bağlanır. Son vaxtlar hakimiyyət Azərbaycanı tərk edən və xaricdə işləyən jurnalistlərin qohumlarını da həbs etməyə başladı.

Beləliklə, bu illərdə İlham Əliyev Azərbaycanda plüralizm qalıqlarını məhv edə bildi. Hazırda minimum 8 jurnalist və bloqer həbsdədir, onlarla jurnalistlər isə ölkəni tərk ediblər. Əliyevə bu mövzuda Milli Təhlükəsizlik Nazirliyi, polis və məhkəmə sisteminin  nümayəndələri yardım edirlər.

Daha çox göstər
Back to top button