Təhlil

Brüsseldə Artsax mədəniyyəti, məhsulları, turistik imkanları təqdim ediləcək

Brüsseldə noyabrın 16-dan 19-dək Artsax günləri keçiriləcək. “Armenpress” ilə müsahibədə Daşnaksütyunun Avropadakı Erməni Milli Komitəsinin kommunikasiya üzrə məsuliyyətçisi Peto Demirçyan bildirib ki, bu günlərdə bir çox tədbirlər gözlənilir.

“İlk əvvəl yerli deputatlar və digər məsul şəxslərlə görüşlər gözlənilir. Siyasətçilər, diplomatlar, akademiklər ilə görüşlər keçiriləcək. Qarabağda baş verən son hadisələri, Artsaxın 25 illik yolu, dövlət quruculuğunu təqdim olunacak”,-deyə Peto Demirçyan qeyd etdi.

Siyasi tədbirlərdən başqa, mədəni tədbirlər də olacaklar. Artsaxın turizm imkanları və məhsulları təqdim ediləcək.

“İqtisadi baxımdan iki böyük və önəmli təşəbbüs var. Birincisi, Artsax turizminin sərgisidir. Brüssel səyahət ofislərinə Artsax Respublikasının turiszm imkanlarını təqdim edəcəklər. Artsax turizm üçün alternativ yer kimi göstəriləcək”.

Brüsseldə keçirilən Artsax günləri çərçivəsində Qarabağ içkiləri, dadlıları və xalçaları nümayiş olunacaq. Peto Demirçyan vurğuladı ki, bu tədbir illər əvvəl başlanmış işlin davamıdır. Bu dəfə Belçikada Artsax günləri böyük təmtəraqla keçirilir.

Peto Demirçyan əlavə olaraq deyib: “Bu tədbirlər çərçivəsində Artsax münaqişənin işığında təqdim edilməyəcək, çünki Artsax sadəcə müharibə deyil. Orada öz vətənini, mədəniyyətini, vərdişlərini və turizmi yaradan insanlar yaşayırlar. Məqsədimiz bütün bunların göstərilməsidir. Bunun üçün də Artsaxı müxtəlif tərərflərdən göstərməliyik. Beləliklə, düşünürəm ki, bu tədbirlər avropalılara Artsax haqqında məlumatlandırmağa imkan verirlər”.

Daha çox göstər
Back to top button