Almaniya Kansleri Angela Merkel Türkiyədə mətbuat azadlığının məhdudlaşdırılmasını pisləyib. Almaniyanın “Deutsche Welle” qəzetinin verdiyi məlumatlara görə, Merkel bu haqda İsveçrə prezidenti ilə görüşdən sonra jurnalistlərlə müsahibədə bildirib.
Merkel türk jurnalistlərə öz dəstəyini ifadə edərək bildirib ki, “Türkiyədə mətbuat və ifadə azadlığının daha da məhdudlaşdırılması son dərəcə narahatlıq vericidir “.
O qeyd etdi ki, Türkiyədəki bu durum Aİ-ə daxil olma müzakirələri üçün təhdid yaradır. Merkel: “Təbii ki, belə bir mövzu Aİ ilə müzakirələrdə çox vacib rol oynayır. Vəziyyət həyəcanverici həddədir”, – deyə bildirib.
Almaniya kansleri Angela Merkel Türkiyənin “Cümhuriyyət” qəzeti ətrafında baş verən son olaylara, bununla bağlı istintaqlara və məhkəmə prosesinə münasibət bildirib.