Siyasət

Nalbandyan Almaniya Kanslerinin baş məsləhətçisi ilə Ermənistan-Aİ əlaqələri haqda danışıb

ER-nın Xİ naziri Edvard Nalbandyan Berlində Almaniya Kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə görüşüb. Bu haqda ER Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

ER xarici işlər naziri və Almaniya Kanslerinin baş məsləhətçisi Ermənistan-Almaniya əlaqələri və bunların inkişaf prspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Görüş zamanı beynəlxalq və regional məsələləri üzrə də danışıblar.

Edvard Nalbandyan Ermənistan və ATƏT-in Mİnsk Qrupu həmsədr ölkələrinin DQ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinin irəliləyişi üçün müvafiq şərait yaradılmasında göstərdiyi səylərini təqdim etdi.

Tərəflər Yaxın Şərqdəki cari vəziyyəti, azlıqların müdafiə probləmləri, qaçqınlara yardımı etməsi ilə bağlı məsələlərinə də toxunublar.

Tərəflər Ermənistan-Avropa İttifaqı əlaqələri və bunların yeni hüquqi əsaslarıyla davam edən danışıqlar çərçivəsində də fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button