
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Berlində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb. Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirməsi istiqamətində atılan addımlarını müzakirə ediblər. Nazir Nalbandyan Almaniya Hökuməti tərəfindən Ermənistandakı islahatları dəstəkləndiklərini yükəsk qiymətləndirib.
Görüş zamanı Ermənistan- Avropa Birliyi əməkdaşlığı ilə bağlı məsələlər də müzakirə olunub. Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə gəlincə isə, Edvard Nalbandyan ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerə Azərbaycanın münaqişənin nizamlanma prosesi üçün müvafiq şəraitlər yaradan Vyana və Sankt-Peterburqda baş tutmuş zirvələrdə əldə edilmiş razılaşmalardan imtina edərək Azərbaycan-Qarabağ təmas xəttindәki vəziyyəti pisləşməkdə davam etdirdiyini deyib.
Nazir Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanması üçün göstərilən səylərini yükəsk qiymətləndirib. İki tərəf də eyni fikiri paylaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur.