
ER Müdafiə naziri Viqen Sarkisyan noyabrın 4-də işgüzar səfərlə ER Müdafiə nazirliyinin Vazqen Sarkisyan adına hərbi universitetində və Respublikanın mərkəzi toplanış məntəqəsində olub.
ER MN ictimaiyyət və informasiya vasitələrinin verdiyi məlumata görə, Viqen Sarkisyan universitetin komandan və qərargahlıq fakültələrinin inzibati binalarını dövr edərək təhsil şəraitləriylə, zabit kadrları hazırlığıyla və təkmilləşdirmə proqramlarıyla yaxından tanış olmuşdur.
Nazir yerindəcə kursantların təhsilini təşkil etmək üçün mühüm maddi-texniki bazanı nəzərdən keçirmiş ambion, yeməkxana şəraitləri mövcud məsələlər və onların həll etmək istiqamətlərini dərindən araşdırmışdır.
Hərbi-təhsil müəssisəsinin rəisi, general-mayor Armen Qahramanyan Müdafiə nazirinə universitetin tərkibi və quruluşu, kiçik və baş zabitlər heyətinin hazırlığı və təkmilləşdirilməsi qəbul qaydaları,kursantların gündəliyi və sosial-həyatı barədə hesaba vermişdir.
Respublikanın mərkəzi toplanışməntəqəsiində Ali Müdafiə idarəsinin rəhbəri orduya çağırış prosesinə cəlb olunmuş cavabdeh obyektlər rəhbərlərinin müşaiyyətiylə toplanış məntəqəsində orduya çağırışa hazırlıq üçün mövcud bina şəraitləri, tibbi diaqnostika və digər məsələlərin qaydalarını bir daha nəzərdən keçirmişdir.
Müdafiə nazirinə həmçinin orduya çağırış üçün ilkin hazırlıq işləri və yeni proqramlar barədə hesabat verilib.