Beynəlxalq
Avropa Komissiyası Türkiyə haqqında ən mənfi hesabatı hazırladı

Avropa Komissiyası tərəfindən noyabrın 9-da təqdim olunacaq tərəqqi hesabatı Türkiyə haqqında bu günədək təqdim edilən hesabatlardan ən mənfi qiymətləndirilməsi ehtiva edir.
Bu haqda Almaniyanın “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazıb. Mənbəyə görə, hesabatda xüsusilə Türkiyədə hüquqi dövlət və söz azadlığı aspektlərinə qarşı repressiyalara diqqət ayrılıb.
Təxminən 100 səhifəli hesabatda qeyd edilir ki, 15 iyul çevriliş cəhdindən sonra çox jurnalist həbs edilib, media isə, bağlanıb. Bundan başqa, ədliyyə sektorunun qərəzsizliyində geriləmə olub.
Hesabata görə, çevriliş cəhdindən sonra 110 min hərbçi, polis, hakim və prokuror Gülənçi adlandırılıb işdən qovuldu ya da həbs olundu.