Beynəlxalq

Avroparlamentin sədri Erdoğana tutduğu yoldan geri durmaq çağırışını etdi

Avroparalament sədri Marin Şults Türkiyənin prezidenti Receb Tayib Erdoğanı tutduğu yoldan geri çəkilmək təklifini etmişdir.

Bu haqda türk diken.com.tr saytı bəyan edib.

Şults xususən qeyd edib ki, ölkədə baş vermiş terrorizm və silahlı toqquşmalar müxalifətlərin həbsiylə əlaqədar ola bilməz və oxşar yanaşma onlar tərəfindən qəbuledilməzdir.

Kim ki, azad mətbuatı dağıtmaq istəyərsə o demokratiyanı öldürəcək və hazırkı anda Türkiyədə baş verənlər nəinki ylnız narahatedicidir həm də qəbuledilməzdir”-deyərək Avropapalamentinin sədri bəyan edib.

O, Türkiyə prezidentini tutduğu yoldan çəkilmək çağırışını edərək ona Avropanın demokratiyanı gücləndirilməsi naminə Türkiyəyə uzadılan əli tutmağı tövsüyyə etmişdir.

Xatırladaq ki, noyabrın 4-də Diyarbəkirdə və Ankarada kürdpərəst Xalq-demokrat partiyasının 10-dan artıq üzvü, o cümlədən partiyanın həmsədrləri Selahettin Demirtaş və Fiqen Yüksekdağ həbs olunmuşlar.

Günlər öncə, Türkiyə polisi Ankarda “Cümhuriyet” qəzetinin əməkdaşlarına qarşı xüsusi əməliyyat icra edib.

Qəzetin müdiri, redaktorları və bir sıra müxbirlərinin evlərində axtarış aparılıb. Qəzetin baş redaktoru Murat Sabunçu həmçinin həbs edilib.

Daha çox göstər
Back to top button