Ermənistan 2019-cu ildən İrana ildə 10 milyard kVt/saatdan artıq elektrik enerjisi ixrac edə bilər

2019-cu ildən Ermənistan İrana illik 10 milyard kVt/saatdan artıq elektrik enerjisi ixrac edə bilər. Bu Ermənistan generasiyasının cari imkanlarından yüksəkdir.
Bu haqda Parlamentdə enerji və təbii qaynaqlar nazirinin müavini İosif İsayan bildirib.
Gürcüstana və İrana gedən yeni güclü elektrik xətlərinin inşaatından sonra, 2019-cu ildə Ermənistan və İran arasında enerji dəhlizinin gücü 1350 MVt-ə çatacaq. Bu isə,İrana illik10 milyard, Gürcüstana da 2.8 milyard kVt/saatdan artıq elektrik enerjisi ixrac etməyə imkan verəcək. İsayan vurğulayıb ki, beləliklə də tikinti kreditlərini ödəyə bilirlər.
2017-ci ildə Nazirlik layihələrinin ümumi həcmi 37.4 mlrd dram təşkil edər. Bundan 28,5 mlrdı isə, xarici kreditlər üçün olacaq. 2017-ci il avqustundan 2018-ci il avqustunadək 1 kVt/saat 1 dramla bahallaşa bilərdi, lakin heç bir ehtiyacı yoxdur, çünki bu layihələrlə daha çox elektrik enerjisi ixrac edilə bilər və beləliklə xərclərini qapatacaqlar.