Ukrayna Parlamentində Erməni Soyqırımının tanınmasını dəstəkləyən deputatların sayısı artıb

Erməni Soyqırımını tanıyan qətnamənin qəbulunu dəstəkləyən ukraynalı deputatların sayısı getdikçə artır. Müxtəlif partiyalardan deputatlar Vitali Barvinenkonun Erməni Soyqırımının tanınmasına dair qanunvericilik təşəbbüsünə qatılıblar. Bu haqda Genocide.org.ua məlumat verib.
Mənbəyə görə, 2015-ci il aprelin 3-də qeydə alınmış Erməni Soyqırımını tanıyan qətnaməsinin qəbul təşəbbüsünə “Renesans” partiyasının deputatı Dmitri Svyataş, “Müxalifət blokundan” isə, Mixayil Dobkin və Dmitri Dobkin qatılıblar.
Daha əvvəl qətnamənin qəbuluna dəstək verən deputatları “Müxalifət bloku”-nun deputaı Vadim Novinski, “Renesans” partiyasından Aelksandr Presman, “Pyotr Poroşenkonun blokundan” Davit makaryan, “Milli Cəbhə”-dən Nikolay Knyyajitski, İrina Yevremova, İgor Briçenko, Anatoli Diriv, Genadi Krivoşean, Aleksandr Kriş, İgor Kotvickin, Vadim Pidbereznyak, Valeri Lunçekno idilər.
Ukrayinadakı Erməni Birliyinin sədri Vilen Şatvoryan vurğulayıb: “Biz Ukraynanın ədalətə sadiq olan millət vəkillərindən minnətdarıq”.
2013-cü il yanvarın 6-da Ukraynanın Ali Radasında 1915-ci ildə Osmanlı İmperiyasında töredilmiş Erməni Soyqırımını tanıyan qətnamə layihəsi qeydə alındı. Qətnamə o zamankı deputatlar Vilen Şatvoryan, Arsen Avakov və Nver Mxitaryanın təşəbbüsü idi.