Ekonomika

Azərbaycanda 10 ayda vergi daxilolmaları azalıb

Bu ilin yanvar-oktyabr aylarında Vergilər nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar azalıb.

Nazirlikdən verilən məlumata görə, bu ilin 10 ayı ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128 min manat vəsait köçürülüb. Bununla da proqnoz tapşırığına 100,1 faiz əməl edilib.

Ancaq bu keçən ilin analoji dövrü ilə müqayisədə 263 milyon 119 min manat azdır.

Məlumatda qeyd edilir ki, qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845 min manat vəsait köçürülüb.

Daha çox göstər
Back to top button