Azərbaycanda daha bir sığorta şirkəti bazardan getdi

«Azərqarant Sığorta» ASC fəaliyyətini dayandırıb.
«Report»un xəbərə görə, «Azərqarant Sığorta» bazarı kapital çatışmazlığı problemi ilə üzləşdiyinə görə tərk edib.
Xəbərdə qeyd edilir ki, «Azərqarant Sığorta»nın öhdəliklərinin yerinə yetirilməsi məqsədilə komissiya yaradılıb.
«Azərqarant Sığorta» 1993-cü ildə yaradılan «Şərqə Qapı Sığorta» MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5.61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 min səhm əsasında formalaşıb.
Şirkətin bu ilin yanvar-sentyabr aylarında 238 min 40 manat sığorta haqqı topladığı bildirilir. Verilən xəbərlərə görə, şirkət bunun cəmi 988 manatını müştərilərinə ödəniş kimi geri qaytarıb. Son 1 ildə «Azərqarant Sığorta»nın yığımlarının 17.45 faiz artdığı, ödənişlərinin isə 41.47 faiz azaldığı söylənir.
Bu ilin əvvəlindən bəri, buna qədər «Buta Sığorta», «Alfa Sığorta» və «Beynəlxalq Sığorta Şirkəti»nin fəaliyyətinin dayandırmasına dair qərar qəbul edilib.
2016-cı ildə Azərbaycanda 11 bank da bağlanıb.