Siyasət

Bako Sahakyan Müdafiə Ordusunun təlimlərini izləyib

Artsax Respublikasının Prezidenti Bako Sahakyan ölkənin mərkəzində Müdafiə Ordusunun təlimlərini izləyib.

Prezident təlimlər prosesini və nəticələrini qənaətbəxş qiymətləndirib.

Dövlət başçısı vurğulayıb ki, Müdafiə Ordusu müstəqil dövlətin ən böyük nailiyyəti, müstəqilliyin, suverenliyin və  təhlükəsizliyin təmin edilməsində ən mühüm zəmanəti, regiondakı sülh və sabitliyinin müdafiəsində ən nüfuzlu amillərdən biridir.

“Hamımız da Vətən sərhədlərini qoruyan igid əsgərləimizlə fəxr edirik”,-deyə B.Sahakyan qeyd etdi. Onun sözləri ilə, Müdafiə Ordusunun komanda bütün səviyyələri bu təlimlərdən dərs alıb Silahlı Qüvvələrinin  döyüş hazırlığının artırılması üçün müvafiq işlər edərlər.

Prezident Sahakyan təlimlərdə iştirak edən və yüksək nəticələr göstərən bir çox hərbçilərə qiymətli hədiyyələr verib.

Daha çox göstər
Back to top button