BaşlıcaSiyasət

Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair saziş imzalamağa hazırdır

Rusiya hökumətinin qərarına əsasən, təkif olunur ki, RF prezidenti “Ermənistan Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında sazişi” imzalasın. Bu haqda Rusiyanın hüquq infomrasiya rəsmi saytı məlumat verir.

Qərarla birlikdə təklif olunan saziş də dərc olundu. Buna əsasən, tərəflər Silahlı Qüvvələrin birləşmiş qoşun qruplaşması yaradırlar, eyni sazişə əsasən, qoşun qruplaşmasının fəaliyyəti də müəyyənləşir.

Birləşmiş qoşun qruplaşmasının komandiri ER Silahlı Qüvvələrinin Ali Baş Komandanı Rusiya Federasiyasının Ali Baş Komandanının razılığı ilə təyin edir.

Sülh şəraitdə qoşun qruplaşmasının komandiri ER SQ Baş qərargah rəsinin tabeliyi altındadır, müharibə şəraitində  isə, vəziyyətdən asıllı olaraq ya RF SQ-nın cənubi hərbi okruqun komandirinə ya da ER SQ Baş qərargah rəisinə tabe olur.

Bu məslə ER və RF Ali Baş Komandanlarının razılığı ilə həll olunur.

Müharibədə qoşun qruplaşmasının bütün gücləri biləvasitə olaraq birləşmiş qoşun qruplaşmasının komandirinə tabe olunur.
Sazişə əsasən, Ermənistan və Rusiya Müdafiə Nazirlikləri qoşunların silahlama sisteminin və icrasına dair çalışacaqlar.

Tərəflərən hər biri öz güclərinin maddi, texniki və maliyyə təminatına görə özü cavabdehdir.

Daha çox göstər
Back to top button