Ekonomika

Karen Karapetyan Paolo Centiloni ilə Ermənistan-İtaliya ticarət və iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər

ER baş naziri Karen Karapetyan işgüzar səfəri ilə Yerevana gələn İtaliya xarici işlər naziri Paolo Centiloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. ER Hökumətinin verdiyi məlumatlara görə, baş nazir qeyd etdi ki, İtaliya Ermənistan üçün dost bir ölkədir və iki ölkə arasında yükəsk səviyyəli siyasi diyaloq var.

Hökumətin sədri vurğulayıb ki, ticarət və iqtisadi əlaqələrinin hazırkı səviyyəsi potensial imkyanlara uyğun deyil və iqtisadi əməkdaşlığın gələcəkdəki inkişafı və genişlənməsi üçün daha böyük potensial var. K.Karapetyan Ermənistanda bu gün İtaliya kapitalı ilə 130-dan artıq müəssisə olduğunu deyərək qeyd etdi ki, iqtisadiyyatın digər sektorlarında da əməkdaşlıq üçün bir sıra geniş imkanlar var.

Paolo Centiloni isə, vurğulayıb ki, ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi zəruridir və əlavə olaraq deyib ki, ikitərəfli əməkdaşlıqla həyata keçirilən investisiya layihələri, o cümlədən ER-da İstilik elektrik stansiyasının (İES) inşaatı ilə bağlı layihəsi hazırda davam etməkdədirlər.

Daha çox göstər
Back to top button