Siyasət

Prezident Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti Abu Dabiyə getdi

ER Prezidenti Serj Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə getdi. “Armenpress”-in verdiyi məlumatlara görə, Prezidentin təyyarəsi Abu Dabidə endi.

Rəsmi qarşılanma mərasimində Abu Dabi Əmirliyinin vəliəhdi, şeyx Məhəmməd bin Zayed Al Nahyan iştirak edib.

ER Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin vitsə-prezidenti, baş naziri, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşid Al Məktuma, Şarjanın hökmdarı şeyx Sultan Al Qasimi, BƏƏ baş nazirinin müavini, Prezident işləri üzrə naziri Şeyx Mansour bin Zayed Al Nahyan ilə görüşəcək. Sej Sarkisyan Birləşmiş Ərəb Əmirliklərində Abu Dabindəki Müqəddəs Erməni Kilsəsini və Şeyx Zayed məscidini ziyarət edəcək. ER Prezidenti səfər çərçivəsində BƏƏ investisiya və inkişaf şirkətlərinin rəhbərləri ilə də görüşəcək.

Ermənistan-Əmirliklər yüksək səviyyəli danışıqların nəticələri ilə ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və derinləşdirməsi üçün bir neçə sənədlər imzalanacaqlar.

s1

s2

s3

Daha çox göstər
Back to top button