Qarabağda keçirilən alay taktiki təlimlərində yeni silahlar təqdim olundu

Müdafiə Ordusunun “Tiqranakert” poliqonunda mərkəzi qarnizonun hərbi hissələrinin iştirakı ilə döyüş atəşilə alay taktiki təlimləri keçirilib.
“Artsakhpress”-in xəbərinə görə, hərbi təlimlərdə Müdafiə Ordusnun müxtəlif hərbi hissələri iştirak ediblər. Təlimlərin planına əsasən, həbçilər cəbhə xəttini yarmış şərti düşməni dəf edilərək ön mövqeləri bərpa edib daha əlverişli mövqelərə yerləşiblər. Düşmənin mümkün hərakatlarını nəzara alaraq, təimlər döyüş vəziyyətinə maksimal uyğunlaşdırılmış şəraitdə keçirilib.
Jurnalistlərlə müsahibədə Müdafiə Ordusunun komandiri general-leytenant Levon Mnatsakanyan bildirib: “ Biz düşmənin mümkün hücum əməliyyatlarının qarşısını almaq, layiqli cavab vermək, eləcədə müvafiq əməliyyatlar keçirmək üçün hər şey edirik. Qoşunlarımızın hazırlıq səviyyəsini, komandirlərin praktik qabliyyətlərini, qərar qəbul və icra etmə bacarıqlarını yoxlamışıq”.
Levon Mnatsakanyan təlimlərin nəticələrini yüksək qiymətləndirərək qeyd etdi ki, təlimlərdə yeni silahlar və texnikalar tədbiq olundu. Təlimlərin yekununda Prezident Bako Sahakyan və MO komandiri yüksək bacarıqlıq göstərmiş fərqlənən hərbçiləri mükafatlandırıblar.