Şarmazanov Azərbaycan tərəfindən DQ münaqişəsinə dini rəng vermə cəhdləri absurd hesab edir

ER Parlamentinin vitse-spikeri Eduard Şarmazanov Ermənistanda İran İslam Respublikasının səfir müavini Şahbaz Solbini qəbul etdi.
Bu haqda ER parlamentinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Eduard Şarmazanov dost İranla inkişaf olunan hərtərəfli əməkdaşlığını yüksək qiymətləndirərək qeyd etdi ki, aramızdakı dostluq, mədəni və mənəvi əlaqələrin uzun tarixi var və müxtəlif səviyyələrdə qarşılıqlı faydalı əlaqələrin daha da gücləndirməsi, bir çox layihələrin həyata keçirilməsi üçün böyük potensial mövcuddur. Bunun üçün parlamentlərarası dostluq qruplarının böyük rolu ola bilər.
Eduard Şarmazanov regional məsələlərə toxunararq vurğulayıb ki, Ermənistan, Türkiyədən fərqli olaraq, DQ münaqişəsinin nizamlanma məsələsində İranın balanslaşdırılmış mövqeyinə əhəmiyyət verir.
Şarmazanov bu kontekstdə qeyd etdi ki, Ermənistan-İran əlaqələrinin yüksək səviyyəsi bir daha da göstərir ki, Azərbaycan tərəfindən münaqişəyə dini rəng vermə cəhdləri absurddur.
İİR səfir müavini Şahbaz Solbin səmimi görüş üçün təşəkkür etdi və Ermənistan-İran əlaqələrinin gücləndirməsinin əhəmiyyətli olduğunu bildirdi, çünki siayasi və iqtisadi əlaqələri, turizm və nəqliyyat sektorunun inkişafı üçün böyük potensial var və Ermənistanın AİB üzvlüyünün da böyük rolu var.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.