Siyasət

Azərbaycan ATƏT-in qrupunu ön mövqələrinə çıxarmayıb

Dağlıq Qarabağ Respublikasının hakimiyyəti ilə əldə edilmiş razılaşmaya görə, ATƏT-in missyası noyabrın 10-da Dağlıq Qarabağ və Azərbaycan Silahlı Qüvvələerinin təmas xəttində  DQR Mardakert rayonunun Taliş kəndinin şərq istiqamətində monitorinq keçirib. Bu haqda DQR Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

DQR Müdafiə Ordusunun ön mövqelərində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və İrji Aberlen keçiriliblər.

Təmas xəttinin qarşı tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi  Genadi Petrika və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Saymon Tiller keçiriliblər.

Monitorinq planlanmış qrafika uyğun olaraq həyata keçirilib. Atəşkəs pozuntuları müşahidə olunmayıb. Lakin Azərbaycan tərəfi ATƏT-in qrupunu ön mövqələrinə çıxarmayıb.

Qarabağda monitorinq missiyasını həyata keçirənləri DQR-nın Xarici İşlər və Müdafiyə Nazirliklərinin  nümayəndələri müşayiət ediblər.

Daha çox göstər
Back to top button