Ekonomika

“British Airways” Azərbaycan bazarını tərk edib

“British Airways Plc.” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.

Bu barədə Azərbaycan Vergilər Nazirliyindən məlumat verilib.

“British Airways” aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

 

Daha çox göstər
Back to top button