Qırğızıstanın Nəqliyyat və Yollar naziri ilə bağlı Azərbaycan tikinti şirkəti üzündən qalmaqal olub

Qırğızıstanın Nəqliyyat və Yollar naziri Zamirbek Aydarovu öz vəzifəsini sui-istifadə etməkdə ittiham edirlər. Bu məsələ Bişkek “Kara-Balta” karayollarının inşaatı üzrə tenderin qalmaqal ilə bağlı idi, çünki bunu Azərbaycanın “AzVirt” tikinti şirkəti də istəyirdi.
Bu haqda Qırğızıstan “24.kg” xəbər agentliyi məlumat verir.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Anti-Korrupsiya Offisinə görə, Zamirbek Aydarov tender komissiyasının işlərində müdaxilə edərək «China Railway №5» Çin şirkətinin maraqlarına lobbiçilik etdi.
Qırğızıstanın “Tazabek” iqtisadi informasiya agentliyinin məlumatlara görə, tender komissiyası Asiya İnkişaf Bankının donor layihəsinə Azərbaycanın “AzVirt LLC” şirkətinin seçməsini təklif etdi.
Bu proqramın reallaşması üçün 82 milyon dollar lazımdı, lakin “China Railway No.5” 70 milyon dollar təklif etdi.
Tender komisyası Azərbaycanın şirkətini təklif etdi, çünki Çin şirkəti az pul verirdi. Lakin Asiya İnkişaf Bankı Azərbaycan şirkətindən 12 milyyon dollar az verən Çin şirkətini seçdi.