Serj Sarkisyan BƏƏ-də İnvestisiya və inkişaf birlikləri rəhbərləriylə görüşüb

Serj Sarkisyan BƏƏ-də İnvestisiya və inkişaf birliklərinin rəhbərləriylə görüşüb.
ER Prezidenti Serj Sarkisyan BƏƏ-ə etdiyi rəsmi səfəri çərçivələrində noyabrın 10-da BƏƏ –də İnvestisiya və inkişaf birliklərinin bir sıra şirkətlər rəhbərləriylə görüşübdür.
Bu haqda ER Prezidentinin iş heyəti üzrə informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Həmsöhbətçilər ərəb aləmi və xüsusən BƏƏ-i ilə Ermənistanın səmimi dostluq münasibətləri və yüksək səviyyəli siyasi dialoqu barədə məmnunluqla danışmışlar.
Onların səciyyələndirməsiylə təəssüflər olsun ki, iki ölkələrin ticari-iqtisadi əlaqələrinin hazırkı səviyyəsi o siyasi dialoq səviyyəsinə müvafiq deyil.
ER Prezidentinin BƏƏ-ə səfərində ölkənin yüksək rütbəli rəhbərləriylə görüşləri,Əmirliklərin İnvestisiya və inkişaf birlikləri nümayəndələrinə əsasən, erməni-əmirliklər münasibətlərini həmçinin ticari-iqtisadi sahələrdə aktivləşdirməkdə olan ikitərəfli siyasi iradə və hazırlığına dəlalət edir.
Onlar inandırmışlar ki, Ermənistanın investisiya siyasətçiliyində maraqlıdır.Odur ki, bu baxımla Ermənistanın dəqiq proqramlarla müxtəlif sahələrdə önəmliklərini müzakirə etməyə hazırdırlar.
Onlar Ermənistana gələrək yerindəcə mühiti araşdırmaq və danışıqları irəliyə aparmaq əzmində olduqlarını bəyan etmişlər.
Respublikanın Prezidenti ER Prezidentinin iş heyəti rəhbərinə və İqtisadiyyat inkişafı və investisiyalar nazirinə tapşırıb ki, İnvestisiya proqramlarıyla maraqlanan şirkətlərlə gələcəkdə sıx əməkdaşlığı davam etdirsinlər.
Onlara özlərinin biznes maraqları çərçivəsində olan proqramları təqdim etsinlər.
Prezident Serj Sarkisyan həmsöhbətçilərinə demişdir ki, erməni tərəfi strateji investisiya patetlərini hazırlayıb ki, onlar da bir başa öz diqqəti mərkəzindədir.
Belə ki, Ermənistan iqtisadiyyatının müxtəlif sahələrində Əmirliklərin investisiyalarının müxtəlif sahələri təqdirə layiq görüləcək.
Nəhəng əhatəli investisiyalar amilindəsə xüsusi qərarla daha səlahiyyətli şəraitlər yaradılacaq.