Ekonomika
Azərbaycan Fond Birjasının dövriyyəsi 45 faiz azalıb

Bu ilin yanvar-oktyabr aylarında «Bakı Fond Birjası» QSC-də (BFB) bütün maliyyə alətləri üzrə 4.403 milyard manatlıq . «Report» xəbəri BFB-yə istinadən yayıb.
Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44.7 faiz azdır. Son bir ildə bağlanmış əqdlərin sayı isə 18 faiz azalaraq, 36385-ə düşüb.
Birjanın ümumi dövriyyəsinin 81.8 faizi və yaxud 3.603 milyard manatı törəmə maliyyə alətlərinin (valyuta, əmtəə) payına düşüb. Bu, illik müqayisədə 38.9 faiz azdır.