Baş nazir Aİ səfirləri ilə ER-Aİ əməkdaşlığının inkişafı ilə bağlı məsələləri müzakirə etdi

ER Baş naziri Karen Karapetyan ER-da Avropa İttifaqına üzv ölkələrinin akkreditə səfirlərini və ER-da Aİ nümayəndə heyətinin başçısı, səfir Pyotr Svitlovskini qəbul etdi. Bu haqda ER Hökumətinin mətbuat xidməti məlumat verib.
Baş nazir Avropa İttifaqı ilə bütün istiqamətlərində səmimi və açıq dialoqa və əməkdaşlığa əhəmiyyət verərək əlavə etdi ki, biznesdə, korrupsiyaya qarşı mübarizədə, insan hüquqlarının müdafiə edilməsində, məhkəmə-hüquq islahatlar prosesində təcrübə mübadiləsinə ehtiyacımız var.
Baş nazir Hökumətin fəaliyyət proqramına toxunaraq qeyd etdi ki, Hökumətin əsas problemi biznes üçün azad, ədalətli və bərabər şəraitlərin yaradılması və investiya layihələrinin təşviqidir. “Yaxın zamanlarda strateji təşəbbüslər və islahatlar mərkəzi qurulacaq və burada hökumət nümayəndələrindən başqa dünyanın müxtəlif ölkələrindəki həmkarlarımız da çalışacaqlar, çünki onların təcrübəsi və biliyi bizim üçün çox əhəmiyyətlidir”-deyə Karen Karapetyan qeyd etdi.
Aİ nümayəndə heyətinin rəhbəri Pyotr Svitlovski vurğulayıb ki, ER Hökumətinin ambisiyaları, islahatlar gündəliyi ilə təsirləndilər. Əlavə olaraq deyib ki, Ermənistanın parlaq gələcəyini belə görür. Səfir vurğulayıb ki, Aİ, ER dostu olaraq, ölkəmizə iqtisadi inkişafda, biznes sahəsində, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə dəstək vərməyə hazırdır.