BaşlıcaSiyasət

ER və RF hökumətləri regionlararsı əməkdaşlığın inkişafına dair razılaşma imzalayacaqlar

ER baş naziri Karen Karapetyan ER Milli Parlamenti və RF Federativ Şurasının arasında əməkdaşlığa dair parlamentlərarası komissiyanın həmsədri Nikolay Rijkovu və komissiya üzvülərini qəbul edib.

ER hökumət rəhbərliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, baş nazir qonaqları səmimiyyətlə salamlayaraq qeyd edib ki, hökumət daxilində Nikolay Rijkovu qəbul etmək onun üçün olduqca şərəflidir.

Rıjkov erməni və rus xalqlarının dostluğunu möhkəmləndirmək işində böyük əmək sərf edib.

Hökumət rəhbəri erməni-rus müttəfiqlik münasibətlərini yüksək qiymətləndirərək qeyd edib ki, bunlar olduqca səmimidir.

Karen Karapetyanın sözlərincə, iki ölkələrin bütün istiqamətlərlə əməkdaşlığı genişləndirərək daha da dərinləşdirməyə böyük potensial vardır.

”Bizim erməni-rus münasibətlərini daha nümunəvi etmək üçün yaxşı imkanlarımız var. Dostluq daima möhkəmlənir əgər o səmərəli və vicdanlı və düzgündürsə”-deyərək baş nazir qeyd edib.

Nikolay Rijkov səmimi qəbul üçün təşəkkür bildirərək ona yeni vəzifəsində bəhrəli iş arzuladı.

Nikolay Rijkov qeyd etdi ki, Rusiya Ermənistan ilə əlaqələrin gələcək inkişafında olduqca maraqlıdır.

Parlamentlərarası komissiyanın bugünki sessiyasında digər məsələlər sırasında həmçinin turizm və mədəniyyət sahələrində qarşılıqlı işgüzarlığa dair məsələlər də müzakirə olunub.

Turizm sahəsində əməkdaşlığa geri dönməklə Karen Karapetyan ümidvar olduğunu dedi ki, bu günlərdə qərar qəbul olunacaq ki, onunla da RF vətəndaşlarına icazə veriləcək ki, daxili şəxsiyyət vəsiqəsiylə Ermənistana səfər olunsun.

Həmin kontekstdə həmçinin Ermənistan və Rusiya hökumətləri arasında hazırlanan regionlararası əməkdaşlığı inkişaf etdirməyə istiqamətlənmiş razılaşmanın imzalanması mühüm hesab olunub.

Daha çox göstər
Back to top button