Siyasət

Ermənistanda BQXK səlahiyyətləri daha da genişlənir

ER Hökuməti Ermənistanda Beynəlxalq Qızıl Xaç Komitəsinin  səlahiyyətlərini günişləndirmə layihəsini təsdiq edib.

“Armenpress”-in verdiyi məlumatlara görə, ER xarici işlər nazirinin müavini Şavarş Koçaryan qeyd etdi ki, layihəyə görə, BQXK səlahiyyətləri və immunitetləri genişləndirəcək, o cümlədən ER vətəndaşları hərbi və ya alternativ xidmətindən azad olunacaqlar və şəxsi məlumatları da daha yaxşı qorunacaq.

Layihə 1992-ci ildən Dağlıq Qarabağda Qızıl Xaçın həyata keçirdiyi işlərinə görə qəbul edilib. Qızıl Xaç ərazi statusuna baxmayaraq çətin humanitar vəziyyətdə olan insanlara kömək etmək məsələsini ən mühüm məsələsi kimi həsab edir. Qızıl Xaç Dağlıq Qarabağın Azərbaycanla sərhəd zonalarında monitorinq keçirir.

Daha çox göstər
Back to top button