Aİ Ermənistanla viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara hazırlanır

Avropq İttifaqına üzv ölkələrinin xarici işlər nazirləri Gürcüstan və Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv məsələsi, o cümlədən Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi üzrə müzakirələrə başlayıblar.
“РИА Новости”-ini xəbərinə görə, bu haqda Aİ Xarici İşlər Şurasının “Şərq Tərəfdaşlığına” dair hesabatında deyilir.
Sənədəd deyilir: “Şura Gürcüstan və Ukrayna ilə viza rejiminin liberallaşdırılması üçün gərəkən qərarların əhəmiyyətini vurğulayır”. Avropalı nazirlər eləcə də qeyd etdilər ki, Ermənistan ilə viza məsələləri üzrə danışıqların başlanma imkanları var.
Aİ şurası artıq Avropa komissiyasına Gürcüstan və Ukrayna ilə qısa müddətli vizaların ləğvi ilə bağlı danışıqlar mandatını təqdim edib. Bundan əvvəl belə bir mandat Avropa Parlamenti də təqdim etmişdi.