Siyasət
Avropa İttifaqında Türkiyəyə yer yoxdur. Avstriya Xİ naziri
Avropa İttifaqına üzv ölkələrinin Xarici İşlər Nazirlər Şurasında Avstriyanın xarici işlər naziri Sebastiyan Kurts Türkiyanın Aİ-ə üzv olmasının əleyhinə olduğunu bildirib. Bu barədə Almaniyanın “Deutsche Welle” xəbər verib.
“İnsan haqları və qanunlar baxımından Türkiyə Avropadan daha uzaqlaşıb. Aİ-də Türkiyəyə yer yoxdur. Men Türkiyə ilə danışıqların davam etdirilməsini dəstəkləmirəm”,-deyə o qeyd edib.