Siyasət

Yerevanda qəbul olumuş KTMT-nin strategiyası bizə təsir etmir: NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisinin rəhbəri

NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisinin rəhbəri Səfir Uilyam Lahyu Yerevanda qəbul edilmiş KTMT ölkələrinin startegiyasında Ermənistanın mövqeyi barədə fərziyyələr eləmək istəmir. “Mən deyə bilmərəm Ermənistan nə etmək istəyir”, o deyib.

Lahyu: “Deyə bilərəm ki, Ermənistan NATO-ilə möhkəm tərəfdaşlıq əlaqələri qurub, və bu tərəfdaşlıq davam edir. Biz cümə günü NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını müzakirə etdik və Ermınistan-NATO möhkəm tərəfdaşlığına dair mənim heç bir narahatçılığım yoxdur”.

“Hər bir millət üçün bu, fərdi yanaşmadır. NATO-nun güclü dəyərlərindən biri də odur ki, hər bir suveren dövlət öz münəsibətlərinin necə qurulmasını özü qərar verir.”: NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisinin rəhbəri qeyd etdi.

Uilyam Lahyu düşünmür ki, Yerevanda qəbul edilmiş KTMT-nin strategiyası Vaşinqtonda qəbul edilmiş Komükinenin cavab addımıdır. “Mən düşünmürəm ki, bu, Vaşinqtonda qəbul edilmiş NATO Komünikesinə cavabdır, o, bizə  təsir etmir”,- deyə o bildirib.

Daha çox göstər
Back to top button