
Noyabrın 17-də Yervanda Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi 8-ci görüşü küçiriləcək. Görüşdə Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin baş katib müavini Kristof Beyağ və “Şərq Tərəfdaşlığı” –nın iştirakçı ölkələrinin yüksək rütbəli rəsmiləri iştirak edəcəklər.
Bu barədə XİN-nin Mətbuat, İnformasiya və İctimaiyyətlə əlaqədər şöbəsi məlumat verir.
Görüş yekunları ilə bağlı nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edəcəklər.
Həmin gündə “ŞT” iştirakçı ölkələrinin Elm və Texnologiyalar nazirlərinin araşdırmalara və yenilklərə həsr olunmuş dialoq baş tutacaq.
Yerevana səfərə gələn nümayəndə heyətlərinin rəhbərlərini Prezident Serj Sarkisyan qəbul edəcək.