Mədəniyyət

Artsax müharibəsində iştirak edən yezidi qəhrəmanlara həsr edilmiş film sabah nümayiş olunacaq

Artsax müharibəsinə iştirak edən yezidi qəhrəmanlara həsr edilmiş film ekranlaşdırıldı. Filmin müəllifi Said Avdalyanın sözlərinə görə, Artsax müharibəsində iştirak etməsi ilə bağlı həm erməni, həm də yezidi xalqlar arasında çox az məlumat vardı və bunun üçün də sənədli film çekmə qərarına gəlmişdilər.

“Mənim də bir yezidi olaraq Artsax müharibəsində onların etdiyi qəhrəmanlıqlara dair xəbərim yoxdu. Elə qəhrəmanlar vardı ki, ölümcül yaralanıb belə döyüş döstlarını unutmadılar”. Bu haqda jurnalistlərə müsahibədə Said Avdalyan deyib.

“Film 2 dildədir, həm ermənicə həm yezidi dilində. Məqsədimiz  başqa dillərə də tərcümə edilməsidir. Çəkilişlər Artsaxda yezidilərin həlak olduğu yerlərdə keçiriliblər. Filmdə 2016-ci ilin 4 günlük müharibəsində həlak olan 3 yezidi Kyaram Sloyan, Boris Ozmanyan və Hamlet Hacoyanın ön cəbhədə etdiyi mübarizənin səhnələri təqdim edilir”.

Filmin rejisöru, jurnalist Nairi Hoxikyan əlavə olaraq deyib ki, elə yerlərə də getdilər ki, həç bir zaman çəkilişlər olmamışdı və həç bir jurnalist getməmişdi.

“Filmdə Komandos, Vitali Balasanyan, Davit Babayan kimi nüfuzlu şəxslər də rol alıblar. Onlar göz şahidi olaraq baş vermiş olayları təqdim etdilər”.

 

Daha çox göstər
Back to top button