Beynəlxalq
Azərbaycanda müxalifətçi gənc saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvi Emil İsgəndərovun dünən polisə aparıldığı bildirilir.
Bu haqda Azadliq Radiosuna onun anası məlumat yayıb.
Anasının deməsinə görə, səhər saatlarında Binə qəsəbəsində saxlanan cəbhəçini Mərdəkandakı polis bölməsinə aparıblar.
“Sahə müvəkkili bizə bildirdi ki, oğlunuzu Mərdəkana aparıblar. Daha sonra dedilər ki, Emili baş idarəyə götürüblər”.
AXCP-nin mətbuat xidmətindən isə E. İsgəndərovdan xəbər ala bilmədiklərini deyiblər. Partiyanın dəqiqləşdirə bilmədiyi məlumata görə, cəbhəçini Yasamal Rayon Polis İdarəsinə gətiriblər.