Azərbaycanın xarici ticarəti yenidən mənfiyə düşdü

2016-cı ilin 10 ayı ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 14 milyard 153 milyon 697.82 min ABŞ dolları təşkil etmişdir.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 23.22% azalmışdır.
İdxal əməliyyatları 6 milyard 957 milyon 998.81 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 6.64 % azalmışdır), İxrac əməliyyatları üzrə – 7 milyard 195 milyon 699.01 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 34.48 % azalmışdır) təşkil etmişdir.
Yanvar-Oktyabr ayları üzrə saldo müsbət 237 milyon 700.20 min dollar, Oktyabr ayında isə mənfi 111 milyon 173.01 1 min dollar təşkil etmişdir.
Oktyabr ayında Azərbaycanın ixracı 644 milyon 492.59 min dollar, idxalı isə 755 milyon 665.60 min dollar təşkil edib.