Təhlil

“Dəmir Günbəz” Ermənistanın “İskander”lərini vurmağa qadir deyil

Azərbaycan rəsmilərinin və yerli mətbuatın yaydığı məlumata görə, hazırda İsrailin istehsalı olan “Dəmir Günbəz” havadan müdafiə sisteminin alınması yönündə danışıqlar aparılır.

“Eurasianet”-də Joshua Kucera Azərbaycanın “Dəmir Günbəz” alacağına inanmır.
Əvvəla ona görə ki, sistem çox bahadır. “Dəmir Günbəz”in iki buraxıcı qurğu, bir radar və bir idarəetmə mərkəzindən ibarət bir dəstinin dəyəri 50 milyon dollardır. Azərbaycanın dörddə biri boyda olan İsraildə 10 belə dəst var. Sistem üçün bir raket 100 min dollara başa gəlir. Bu məsrəf Azərbaycana görə bahadır, axı, neftin qiymətinin düşməsi ölkəni büdcəsində ixtisarlara vadar edib. Yəni Azərbaycan “Dəmir Günbəz”i alsa belə, digər sahələrə ayrılmış büdcəni bu sistemə qurban verməli olar.

“Dəmir Günbəz” Ermənistanın “İskander”lərini vurmağa qadir deyil. Çünki bu sistem uzağı 70 km-lik raketlər üçün nəzərdə tutulub. Məsələn, Katyuşa tipli raketlərə uyğundur. Ermənistanın aldığı “Iskander” raketləri isə 300 km-likdəki ərazini də vura bilər.

Britaniyanın “Chatham Housearaşdırma mərkəzinin Bakıdakı əməkdaşı Zaur Şiriyev sayta müsahibəsində “Dəmir Günbəz”in Azərbaycandan ötrü yararsız olduğunu deyib. Onun fikrincə, bu sistemin alınmasıyla bağlı xəbərlər Ermənistan “Iskander” kimi güclü raketləri aldığına görə çıxıb. Yəni Azərbaycan Ermənistandan dala qaldığında əndişəlidir və belə şayiələr yayılıb.

“Ermənistan “İskander” raketlərini əldə edəndən sonra Azərbaycan mətbuatında, ictimaiyyətdə bu cür xəbərlərə aclıq yaranıb”, – Z. Şiriyev deyib.

Daha çox göstər
Back to top button