Təhlil

İnkar bir rəy deyil, bu cinayətdir: Sarkozi

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi Parisdə fransalı erməni camaatın nümayəndələri ilə görüşüb. “Nouvelles d’Armenie”-nin verdiyi məlumatlara görə, görüşdə Fransanın erməni təşkilatlarının koordinasiya şurasının həmsədri Ara Toranyan Dağlıq Qarabağ məsələsinə toxunaraq vurğulayıb ki, Qarabağın təhlükəsizliyi yalnız Ermənistan üçün deyil, Avropa sivilizasiyası üçün çox önəmlidir.

Olduqca səmimi olan söhbətdə keçmiş prezidentin ətrafında Azərbaycan diktaturası ilə əlaqələri olan şəxslərinə də toxunulub. Sarkozi qeyd edib ki, siyasi qərarlarında liderliyi özünə məxsusdur, ətrafındakilərə deyil.

Soyqırım məsələsinə gəlincə isə, Sarkozi deyib ki, 4 soyqırım olub – ermənilərin, yəhudilərin, kambocalıların və tutsilərin. O əlavə etdi ki, erməni xalqının mübarizəsi soyqırım məsələsində universal problemləri qaydırır. Onun fikrincə, inkar rəy deyil, cinayətdir.

Daha çox göstər
Back to top button