Siyasət

Konstitusiyanın yeni layihəsi QHT nümayəndələri ilə müzakirə edilib

Artsax Respublikası Parlamentinin sədri, DQR Prezidenti yanında Konstitusiya dəyişikliklərinin  mütәxәsislәr komissiyasının rəhbəri Aşot Ğulyan Konstitusiya layihəsinin ictimai məsləhətləşmələri çərçivəsində Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb.

Konstitiusiya dəyişikliklərinin mütәxәsislәr komissiyasının rəhbəri iştirakçıları salamladıkdan sonra geniş fəaliyyəti göstərən QHT sektoru ilə müzakirələrin əhəmiyyətli olduğunu vurğulayıb.

A.Ğulyan Konstitusiya yeni layihəsini ətraflı təqdim edərək təklif edilmiş bütün dəyişikliklərinə toxunub. “Mütәxәsislәr komissiyası tərəfindən təqdim edilmiş iş sənədinin son versiyası ictimai məsləhətləşmələrində edilən ən yaxşı təkliflər əsasında təşkil ediləcək. Təəssüf ki, qısa zamanımız var, lakin məzmun baxımından cəmiyyətin bütün səviyyələrlə görüşməyə və onların fikirlərini eşitməyə zamanımız var”,-deyə Aşot Ğulyan bildirib.

Görüş zamanı A.Ğulyan və mütәxәsislәr komissiyasının üzvləri iştirakçıların şərhlərini və təkliflərini eşidib onların bütün suallarına cavab verdilər.

Daha çox göstər
Back to top button