Siyasət

Rəqib iriçaplı silahlardan atəşkəsi pozub

Noyabrın 15-dan 16-na keçən gecə Qarabağ-Azərbaycan qarşıdurma qoşunlarının təmas xəttində sutka ərzində Azərbaycan silahlı bölmələri tərəfindən atəşkəs rejimi ümumilikdə 85 dəfə pozulmaqla movqelərimiz müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub (1100 güllə).

DQR Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin şimal istiqamətində yerləşən mövqelərimiz Azərbaycan silahlı bölmələri tərəfindən 60 (15 mərmi) və 82 (5 mərmi) millimetrlik minaatanlardan, həmçinin tank əleyhinə əl qumbaraatanlarından (1 mərmi) və lüləaltı qumbaraatandan (1 mərmi) atəşə tutulub.

Müdafiə Ordusunun cəbhəboyu yerləşən hərbi hissələri cəbhə xəttinə tam nəzarət edərək döyüş tapşərığını yerinə yetirməkdə davam edir.

 

Daha çox göstər
Back to top button