Siyasət

Ermənistanda Rusiyanın yeni hərbi bazalarının yaradılmasına ehtiyac yoxdur

Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, respublika ərazisində Rusiyanın yeni hərbi bazalarının yaradılmasına ehtiyac yoxdur.

Bu bəyanatı Dövlət başçısı “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

“Düşünürəm ki, buna ehtiyac yoxdur, çünki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanına malikdir. Ona görə də kiçik Ermənistanda bir hərbi baza yetərlidir, sadəcə, bu bazaya hərbi güc vermək lazımdır”, – Serj Sarkisyan deyib.

Xatırladaq ki, daha öncə Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyən sərəncam imzalamışdı.

Daha çox göstər
Back to top button