Başlıca

Sarkisyan: “İskəndər”lərin Ermənistanda yerləşdirilməsi məcbur qalınmış tədbirdir

Ermənistan prezidenti Serj Sarkisyan etiraf edib ki, Rusiyanın “İsgəndər” raket komplekslərinin ölkə ərazisində yerləşdirilməsi məcburiyyətdən atılmış addımdır.

Bu sözləri Ermənistan prezident Serj Sarkisyan Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.

Onun sözlərinə görə, “İsgəndər” raket komplekslərinin Ermənistanda yerləşdirilməsi regionda hərbi balansın saxlanılmasına xidmət edən amildir. “Hesab edirəm ki, bu, məcburi addım idi, hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən yeni silahlar alıb. Bizim Azərbaycan kimi imkanımız yoxdur, mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə “antizəhər” tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq”.

Sarkisyan vurğulayıb ki, Rusiya sülhün və sabitliyin saxlanılması daxil olmaqla regionda açar rolunu oynayır. Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında regionda balansı qorumaq barədə müqavilə var. “Görünür Rusiya məhz bundan çıxış edərək bizim xahişimizə müsbət cavab verdi və “İsgəndər” raketlərini bizə təqdim etdi. Əlbətdə, insani baxımdan, belə sistemin olmaması yaxşı olardı, lakin məcbur olanda belə addıma getməlisən”.

Prezident vurğulayıb ki, Yerevanın Rusiya ilə regionda qüvvələrin sabitliyinin qorunmasına dair müqaviləsi var.

Daha çox göstər
Back to top button