
ER Prezidenti Serj Sarkisyan Ermənistanda regional səfərində olan Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin Bricit Brinksi qəbul edib. Görüş zamanı Ermənistan Prezidenti Amerika Birləşmiş Ştatlarında keçirilmiş seçkiləri və yeni seçilmiş Prezidenti münasibətilə təbriklərini dilə gətirərək vurğulayıb: “Əminən ki, Ermənistan-Amerika siyasi dialoqu Trampın prezidenliyinde yeni ruh alacaq”.
ER Prezident Aparatından verilən məlumatlara görə, Serj Sarkisyan məmniyyətlə qeyd etdi ki, son zamanlarda qarşılıqlı səfərlər baş tutur və bu, ikitərəfli siyasi, ticari, iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə müsbət təsirdir.
Bricit Brink vurğulayıb ki, iki ölkə arasında diplomatik münasibətlərin 25 illik tarixi var və bu illər ərzində həm ikitərəfli, həm beynəlxalq təşkilatlarda Ermənistan və Birləşmiş Ştatlar arasında yaradılmış sıx əlaqələrində və müxtəlif sahələrdə səmərəli əməkdaşlıq olub.
O deyib ki, Birləşmiş Ştatların yeni administrasiyası Cənubi Qafqaz regionundakı hadisələri və DQ münaqişəsinin nizamlanması məqsədilə etimad tədbirlərinin gücləndirilməsi istiqamətində əldə edilmiş son razılaşmaların həyata keçirilməsində maraqlı olmaqda davam edəcək.
Görüşdə tərəflər Ermənistan-Amerika əlaqələrinin gələcək inkişaf imkanları çərçivəsində də fikir mübadiləsi aparıblar. Qonaq xahişi ilə ER Prezidenti siyasi və iqtisadi gündəliyi prioritetlərini, DQ məsələsinin nizamlanma prosesində erməni tərəfinin yanaşmalarını təqdim etdi.