BaşlıcaSiyasət

Serj Sarkisyan İlham Əliyev ilə görüşməyə hazırdır

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın prezidenti İlham Əliyev ilə görüşməyə hazır olduğunu bildirib.

“Biz heç bir zaman, heç bir görüşdən – istər prezidentlər, istər xarici işlər nazirləri, istərsə də işgüzar səviyyədə imtina etməmişik. Amma biz bu görüşlərin faydalı olmasının tərəfdarıyıq, nə isə irəliləyiş olsun. İrəliləyiş yoxdursa, əgər biz görüşürük, amma razılaşmalara əməl edilmirsə, bu görüşlərin nə faydası var?”, -deyə Serj Sarkisyan “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.  deyib.

Ermənistan rəhbərinin sözlərinə görə, erməni tərəfi günü sabah və yaxud da elə bu gün axşam atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmlərinin yaradılmasına dair sazişi imzalamağa hazırdır.

“Biz istəyirik ki, həmsədrlər və beynəlxalq ictimaiyyət atəşkəs rejimin kimin tərəfindən pozulduğunu aydın bilsin”,-deyə Prezident qeyd etdi.

Daha çox göstər
Back to top button