Təhlil

Aİ-Ermənistan yeni çərçivə sazişi ilə bağlı danışıqların nöbəti mərhələsi dekabrda olacaq

ER Xİ naziri Edvard Nalbandyan Aİ-Ermənistan yeni çərçivə sazişinin təz vaxtda imzalanmasını gözləyir. Bu haqda nazir Şərq Tərəfdaşlığına üzv ölkələrinin nümayəndə heyətlər başçıları ilə mətbuat konfransında deyib.

“2015-ci ildə Ermənistan-Avropa İttifaqı yeni çərçivə sazişinə dair danışıqlar prosesi başlanıb. Bu müddət ərzində, danışıqların uğurla aparılmış altı mərhələsi olub və danışıqlar qrupları irəliləyiş əldə etdilər. Mən düşünürəm ki, iki ya da üç mərhələdən sonra bu proses başa çatacaq və Ermənistan imzalanmağa hazır olacaq. Təbii, anlayıraq ki, Aİ-nın daxili koordinasiya prosesə ehtiyacı olacaq. Ümid edirik ki, bu proses tezliklə keçəcək və Aİ də hazır olacaq. Ən önəmlisi odur ki, iki tərəf də bunu istəyirlər və bu yeni çərçivə sazişdə Avropa İttifaqı ilə olan əlaqələrin geniş həcmi və keyfiyyəti əks etdiriləcək, ki biz bunun üçün çalışıraq”,-deyə Edvard Nalbandyan qeyd etdi.

Daha çox göstər
Back to top button