
Ermənistan və Azərbaycan prezidentləri səviyyəsiylə görüşlər ümidin o qığılcımlarıdır ki, məsələ yerindən tərpənə bilər. Ona görə görüşün istisna olunması yaxud uzun fasilə DQR münaqişəsinin sülhlə nizamlanması üzərinə mənfi təsir göstərir.
”Armenpress”ilə söhbətində oxşar fikri Milli Parlamentin xarici əlaqələr üzrə daimi komissiya sədri Artak Zakaryan bəyan edib.
“Azərbaycan prezidentinin dezkonstruktiv yanaşmaları öz ölkəsində və danışıqlar masasında bir-birindən fərqlənən bəyanatların edilməsi başlıca səbəblərdəndir. Bizim indiki anda çək-çevirli və hazırkı anda həll olunmaq perspektivi olmayan münaqişəmiz var.
Ermənistan DQR sakinlərinin təhlükəsizlik zəmini olaraq qalır. Ermənistan daima istənilən səviyyəylə görüşlərin keçirilməsinə hazır olub”-deyərək Zakaryan bəyan edib.
Xarici əlaqələr üzrə daimi komissiyanın sədrinin sözlərincə, görüşlərin daima məntiqi o zaman olur haçan ki, həmin zaman əldə olunan şərtləşmələrə əməl olunur.
”Haçan ki, Vyanada Azərbaycan araşdırıcı mexanizmlərin tədbiqinə razılaşmışdı və o konsensumla qərara gələn məsələyə çevrilirsə, sonrasa həmin mexanizmlərin tədbiqindən imtina edilir, bütün bunlar danışıq prosessini sağlamlaşdıra bilməyəcək.
Bu ondan danışır ki, Azərbaycan yalnız bircə yol görür o da avantyuradır, konfliktli vəziyyətin çək-çevirə salınması, müharibə təhlükəsi və bəhanələr yaratmaqdır”-deyərək Artak Zakaryan bəyan edib.
Zakaryan o fikirdədir ki, Azərbaycan prezidenti bircə məsələni həll etməyə səy göstərir, o da özünün və ailəsinin hakimiyyətini uzatmaqdır.
Onun sözlərincə, Əliyev qorxu və düşmənçilik mühitində ümumi düşmən obrazını yaratmağa cəhd edir. Bu isə Əliyev rejiminin avtoritar idarəçiliyini Bakıda asanlaşdırır”-deyərək o, bəyan edib.
Artak Zakaryanın fikrincə, aprel müharibəsindən sonra Əliyev yaxşı başa düşüb ki, hərbi yolla münaqişəni həll etməyə qadir deyil.
”Öz hakimiyyəti naminə Əliyev öz ordusunda böyük insan tələfatına hazırdır”- deyərək Zakaryan yekunlaşdırdı.