Beynəlxalq
AXCP fəalı 30 gün həbs olunub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər komitəsinin üzvü Emil İsgəndərov polisə tabe olmama ittihamı ilə inzibati qaydada 30 gün həbs olunub.
AXCP-dən Turan-a verilən məlumata görə, fəal noyabrın 15-də səhər Binə qəsəbəsində saxlanılıb Mərdəkan qəsəbəsindəki polis bölməsinə, oradan da Bakının Yasamal rayon polis idarəsinə aparılıb. Əvvəlcə doğmalarına bildiriblər ki, E.İsgəndərov 5 gün müddətinə həbs edilib. Amma sonradan məlum olub ki, fəalı 30 gün həbs ediblər.
AXCP E.İsgəndərovun həbsini hakimiyyətin müxalif əhval-ruhiyyəli gənclərə qarşı repressiyalarının tərkib hissəsi kimi qiymətləndirib.
Hələlik hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.