Beynəlxalq

Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinqdən istifadə suçlanan 16 idmançının nəticələrini ləğv edib.

APA-nın xəbərinə görə, onların arasında iki azərbaycanlı atlet də var. Ağır atlet Nizami Paşayev və yunan-Roma güləşçisi Vitali Rəhimovun qanlarında qadağan olunmuş turinabol maddəsinə rast gəlindiyi bildirilir. BOK-un qərarına əsasən, hər iki idmançının dopinq testlərinin ikinci variantı da müsbət nəticə verdiyindən, nəticələri keçərli sayılmayıb.

94 kq çəki dərəcəsində yarışan N.Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu. Vitali Rəhimov isə 60 kq çəki dərəcəsində gümüş medal qazanmışdı. O, həm medalı, həm də diplomunu təhvil verməlidir.

Hər iki idmançı artıq karyeralarını başa vurublar.

Son illərdə azərbaycanlı idmançıların adı tez-tez dopinq qalmaqallarında hallanır.

Daha çox göstər
Back to top button